Bakıda qanlı olay: iki qardaş bıçaqlandı

Bakıda qanlı olay: iki qardaş bıçaqlandı

4 Fevral 2013 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 3-də saat 23:30 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində iki qardaş bıçaqlanıb. Rayon Polis İdarəsindən Oxumeni.az-a verilən məlumata görə, Binəqədi şosesindəki mənzildə 1993-cü il təvəllüdlü Quliyev Samir Famil oğlu münaqişə zəminində 1979-cu il təvəllüdlü Pənəliyev Adıgğzəl Kərəm oğlunu və onun qardaşı, 1978-ci il təvəllüdlü Mürşüd Pənəliyevi bıçaqlayıb. Qardaşlar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Faktla əlaqədar Binəqədi RPİ-də cinayət işi başlanılıb. Hadisənin səbəbləri araşdırılır.

O.M.