Bu gecə Bakıda ata və oğlu qanlarına qəltan edildilər

Bu gecə Bakıda ata və oğlu qanlarına qəltan edildilər

4 Fevral 2013 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə saat 01:05 radələrində Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində kütləvi bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsindən verilən məlumata görə, bir nəfər ata oğulu və onlara köməyə gələn polisi bıçaqlayıb. Belə ki, Rauf Telman oğlu Ovçuyev şəxsi münaqişə zəmnində Aslan Taryel oğlu Sadıqovu və onun atası Taryel Cəlil oğlu Sadıqovu qıçaqlayıb. Hadisə yerinə gələn polis Şamil Yanvar oğlu Qasımov ata və oğula yardım etmək istəyib. Polis qanun çərçivəsində Rauf Ovçuyeva təslim olmağı əmr edib. Lakin polisin qanuni əmrinə tabe olmayan R.Ovçuyev onunla əlbəyaxa davaya keçib. Sonradan qəfildən polisə çoxsaylı bıçaqlar endirib. Hadisə yerinə cəlb olunan əlavə polis qüvvələrinin köməyilə R.Ovçuyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.