Ölkədə polkovnikin oğlu dostunun boğazını kəsdi

Ölkədə polkovnikin oğlu dostunun boğazını kəsdi

4 Fevral 2013 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisədən sonra O.Həsənov Gəncəni tərk edib. Onun yaxalanmasında atası da iştirak edib və gənc oğlanın Bakı şəhərinin Nərimanov rayonu ərazisində olması müəyyən edilib. Daha sonra isə Ə.Həsənov oğlu ilə görüşüb və onu polis bölməsinə gətirərək istintaqa təhvil verib. Qeyd edək ki, Orxan Həsənov hələ bir neçə ay əvvəl oğurluq cinayəti ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü kimi həbs edilib. Həmin vaxt o, məhkəmənin hökmü ilə cərimə olunaraq azadlığa buraxılıb.

****

Gəncə Baş Polis İdarəsinin əməliyyat idarəsinin rəisi, polis polkovnik-leytenantı Ədalət Həsənovun oğlu dostuna çoxsaylı bıçaq zərbələri vurub, sonra da boğazını kəsərək öldürüb. Təsdiqlənməmiş məlumatlara görə, Orxan Həsənov dostunu qeyri-rəsmi yaşadığı bir xanımla əlaqəsini aşkarladığı üçün qətlə yetirib. Hadisə fevralın 2-i axşam saatlarında baş verib. Hazırda Gəncə Prokuroluğunda Cinayət Məcələsinin müvafiiq maddələri ilə cinayət işi açılaraq istintaqı aparılır.

O.M.