Azərbaycanda 31 yanvarın kriminal xronikası

Azərbaycanda 31 yanvarın kriminal xronikası

1 Fevral 2013 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 55 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınmış, onların da 20-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 9 nəfər yaralanmışdır.

11 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 14 nəfər tutulmuşdur.

Bakı şəhər sakini Vüsalə Məlikovanın insan alveri ilə məşğul olması müəyyən edilmişdir

31.01.2013

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsalə Məlikovanın insan alveri ilə məşğul olaraq qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparması müəyyən edilmişdir.
Araşdırmalar aparılır.

Axtarışda olan Rəşad Qənbərov könüllü olaraq təslim olmuşdur

31.01.2013

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rəşad Qənbərov könüllü olaraq Sumqayıt ŞPİ-yə gələrək təslim olmuşdur.

Nəsimi rayonu Tolstoy küçəsində yol-nəqliyyat hadisəsi

31.01.2013

Yanvarın 30-da saat 15.30 radələrində Nəsimi rayonu Tolstoy küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Elçin Qədirov vurulmuşdur. Nəticədə xəsarət almış E.Qədirova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xətai rayonu R.Quliyev küçəsində yol-nəqliyyat hadisəsi

31.01.2013

Yanvarın 31-də saat 18.45 radələrində Xətai rayonu R.Quliyev küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Zeynəb Mehdiyeva vurulmuşdur. Nəticədə xəsarət almış Z.Mehdiyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Nərimanov rayonu F.X.Xoyski küçəsində yol-nəqliyyat hadisəsi

31.01.2013

Yanvarın 30-da Nərimanov rayonu F.X.Xoyski küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Leyla Məmmədova vurulmuşdur. Nəticədə xəsarət almış L.Məmmədovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

31.01.2013

Yanvarın 31-də saat 10.00 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayonun ərazisində müəyyən edilməmiş avtomaşınla Corat qəsəbə sakini Samir Zeynalov vurulmuşdur. Nəticədə xəsarət almış S.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Sabunçu qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

31.01.2013

Yanvarın 31-də saat 07.50 radələrində Sabunçu qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Şövkət Salamova vurulmuşdur. Nəticədə xəsarət almış Ş.Salamova xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi

31.01.2013

Yanvarın 31-də saat 18.50 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Etibar Nəzirməmmədov idarə etdiyi "Opel-Vectra" markalı avtomaşınla yolu keçən Bakı şəhər sakinləri Tahir Nuriyevi və onun arvadı Mahirəni vurmuşdur. Nəticədə Mahirə hadisə yerində ölmüş, xəsarət almış T.Nuriyev isə xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.

Sabirabad şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi

31.01.2013

Yanvarın 30-da Sabirabad şəhərinin ərazisində şəhər sakinləri Aqil Ələkbərzadənin idarə etdiyi "VAZ-21015" markalı və İxtiyar Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış İ.Əliyev, habelə A.Ələkbərzadənin sərnişinləri - Ramil Əliyev və Elnur Əsgərov xəstəxanaya yerləşdirilmişlər.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Dərmandan zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

31.01.2013

Yanvarın 31-də Xırdalan şəhər sakini Aysel Hüseynova və Samux rayon sakini Tünzalə Məmmədova evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Sumqayıt şəhər sakini Nüşabə Haqverdiyeva evindən dəm qazından zəhərlənmişdir

31.01.2013

Yanvarın 31-də Sumqayıt şəhər sakini Nüşabə Haqverdiyeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Bərdə rayon sakini Tünzalə Məmmədova infarktdan ölmüşdür

31.01.2013

Yanvarın 31-də Bərdə rayonundakı 2 №-li Orta Məktəbdə rayon sakini Tünzalə Məmmədova infarktdan ölmüşdür. Araşdırmalar aparılır.

Şəmkir rayonu ərazisində su anbarının tikintisi ilə məşğul olan şirkətinə məxsus yataqxanada yanğın baş vermişdir

31.01.2013

Yanvarın 31-də saat 01.00 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində su anbarının tikintisi ilə məşğul olan "Çingiz İnşaat" şirkətinə məxsus ümumi sahəsi 300 kv.m olan yataqxanada yanğın baş vermişdir. Nəticədə bütövlükdə yataqxananın yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra şirkətin 2 işçisinin yanmış meyitləri tapılmış, yanıq xəsarətləri almış 10 nəfər isə xəstəxanaya yerləşdirilmişlər. Onlardan 3 nəfərinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.

O.M.