Bakıda narkotik tacirləri tutuldu

Bakıda narkotik tacirləri tutuldu

1 Fevral 2013 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Sabunçu RPİ CAŞ və NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Ramilə Bağırova, Habil Babayev və Azər Bağırov 0,381 qram heroini satmaq istəyərkən yaxalanıb. Üzərilərinə baxış keçirilərkən R.Bağırovadan 0,369 qram, H.Babayevdən 2,098 qram və A.Bağırovdan 2,158 qram heroin aşkar olunaraq götürülüb.
Faktla əlaqədar araşdırmalar aparılır.

O.M.