Ermənistanda prezidentliyə namizədi güllələdilər

Ermənistanda prezidentliyə namizədi güllələdilər

1 Fevral 2013 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana cümə axşamı sui-qəsd olunub. "RİA Novosti"nin xəbərinə görə, Ayrikyan çiynindən güllə zədəsi alıb. İnsident Yerevanda baş verib. Hadisə yerində polislər istintaq tədbirləri aparırlar.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək. Ermənistan prezidenti postu uğrunda Ermənistanın indiki prezidenti Serj Sarkisyan, keçmiş baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan, XİN-in keçmiş rəhbəri, İrs Partiyasının İdarə Heyətinin sədri Raffi Ovannisyan, Paruyr Ayrikyan, Arman Məlikyan, Andreas Qukasyan, Vardan Sedrakyan, Milli Həmrəylik Partiyasının lideri Aram Arutyunyan mübarizə aparırlar.

O.M.