Cinayətkar dəstə zərərsizləşdirilib

Cinayətkar dəstə zərərsizləşdirilib

2 May 2011 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 30-u saat 06:00 radələrində Bakıda quldurluq hadisəsi törətməyə hazırlaşan 5 nəfərdən ibarət qrup zərərsizləşdirilib.

Hacıqabul rayon sakinləri Kamal Əliyev, Qulu Baxşıyev, Vüqar Əliyev, Gəncə şəhər sakinləri Mehdi Fətullayev və Emin Rəhimov Binəqədi şosesində yerləşən yanacaqdoldurma məntəqəsinə quldurluğa hazırlıqda şübhəli bilinərək, Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıblar. Onlardan cinayətdə istifadə oluna biləcək 1 ədəd alışqan tapança və digər əşyalar aşkar olunub.

Mənim polisim məni qoruyur.

Könül Aypara

O.M.