Borclu borclunun sağlığını istəmədi

Borclu borclunun sağlığını istəmədi

2 May 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)


Mərdəkan qəsəbəsi, "Günəşli" sanatoriyasının yaxınlığında qətl hadisəsi baş verib. Hadisə mayın 1-də qeydə alınıb. Belə ki, qəsəbə sakini Rafiq Süleymanov tanışı Əli Əliyevi bıçaqlayıb. Bıçaqlanmaya səbəb pul borcu olub. Əli Rafiqdən müəyyən miqdarda pul alsa da, qaytarmayıb. Nəticədə də əks tərəfin qəzəbinə tuş gəlib. Yaralı Ə.Əliyevi xəstəxanaya çatdırmaq mümkün olmayıb. O, elə yoldaca dünyasını dəyişib. Faktla bağlı cinayət işi qaldırılıb.


Mayın 1-i dünyada zəhmətkeşlər günü kimi qeyd olunsa da, əfsuslar olsun ki, bu il Azərbaycanda həmin tarix kriminal hadisələrin bolluğu ilə yadda qalıb.


Könül Aypara


O.M.