Bakıda futbol azarkeşi stadionda öldü

Bakıda futbol azarkeşi stadionda öldü

2 May 2011 11:32
Bəyəndim (0) Bəyənmədim (0)


Mayın 1-də futbol üzrə Unibank Premyer Liqasının 29-cu turu çərçivəsində Suraxanı qəsəbəsində keçirilən "Qarabağ" - "Bakı" oyununda ölüm hadisəsi baş verib. Oyuna azarkeşlik edən şəxs meydançada keçinib. Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, dünən axşam saatlarında oyunu tribunadan izləyən azarkeş, 1949-cu ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndində anadan olmuş Qasımov Kərəm Əhməd oğlu qəfildən ölüb. Yanında əyləşən şəxslərin dediyinə görə, 62 yaşlı azarkeş qəfil halı pisləşdiyindən yerə yıxılıb və onun ağzından köpük gəlməyə başlayıb. Hadisə yerinə dərhal təcili yardım personalı gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Q. Kərəmov elə tribunadaca keçinib. İlkin ehtimala görə, K. Qasımov ürək tutmasından vəfat edib. Meyit ekspertizaya göndərilib. Araşdırmalar aparılır.


Yaxşı ki mən futbol azarkeşi deyiləm. Yoxsa milli futbolumuz mənim də axırıma çıxardı...


Tofiq Əliyev


O.M.