16 yaşlı gənc namus üstə qatil oldu

16 yaşlı gənc namus üstə qatil oldu

2 May 2011 11:16
Bəyəndim (0) Bəyənmədim (0)



Mayın 1-də axşam saatlarında Neftçala rayonunda qətl hadisəsi törədilib. 16 yaşlı gənc qatil olub. Bu barədə məlumatı bölgə müxbirimiz Oqtay Babayev verib. Rayon Prokurorluğundan verilən məlumata görə, 1995-ci il təvəllüdlü Baxışov Sahib Sahil oğlu qısqanclıq zəminində 1987-ci ildə anadan olmuş Həsənov Zamiq Əvəz oğlunu bıçaqlayıb. Qarın nahiyəsindən bıçaq xəsarəti almış Z. Həsənov Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb. Rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində S. Baxışov həbs olunub. O, ilkin dindirilmə zamanı Z. Həsənovu bacısına sataşdığına görə, qətlə yetirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə iş başlanıb.


Gənclik ömrün dəliqanlı dövrüdür. Lakin həddən artıq dəliqanlılıq bəzən gəncliyin məhvinə gətirib çıxarır.


Elvin Babayev


O.M.