Dağıstanda daxili işlər şöbəsinin rəisi öldürülüb

Dağıstanda daxili işlər şöbəsinin rəisi öldürülüb

2 May 2011 11:11
Bəyəndim (0) Bəyənmədim (0)


Dağıstanda Serkokalinsk daxili işlər şöbəsinin rəisi öldürülüb. Polkovnik-leytenant Məsrulla Maqomedov naməlum şəxs tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib. Qətl Maqomedovun Serkola kəndindəki evinin həyətində törədilib. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qətli törədən şəxsin axtarışları davam edir. Maqomedovun peşə fəaliyyəti ilə əlaqədar öldürüldüyü bildirilir. O, son zamanlar silahlı mücahidlərə qarşı əməliyyatların aktiv iştirakçısı olub.


Hər iki dünyada cinayət işi açılacaq. Amma bu dəfə rəisin rəhbərliyi ilə yox...


Tofiq Əliyev


O.M.