Bakıda qətl hadisəsi baş verib

Bakıda qətl hadisəsi baş verib

2 May 2011 10:43
Bəyəndim (0) Bəyənmədim (0)


Tolstoy küçəsi, "İnter Plaza" otelinin arxasında azərbaycanlı gənclər arasında kütləvi dava olub. Nəticədə 24 yaşlı Rüfət Fiqarov bıçaqla 17 yaşlı Novruz Cəfərova, 20 yaşlı Fərid Musatafayevə və 21 yaşlı Elvin Abdullayevə çoxsaylı bıçaq xəsarətləri yetirib. Təəssüf ki, N.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar isə xəstəxanaya yerləşdiriliblər. Cinayəti törədən R.Fiqarov yaxalanıb. Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq başlanılıb. Əlavə edək ki, kütləvi davaya səbəb yüngülvarı mübahisə olub.


Cinayət törətmək çox asandır. Onun arxasında durmaq isə çətin...


Könül Aypara


O.M.