Bakıda bıçaqla qətl hadisəsi törədildi

Bakıda bıçaqla qətl hadisəsi törədildi

2 May 2011 09:51
Bəyəndim (0) Bəyənmədim (0)
Kişi arvadını oğluna qısqandı

Bu saatlarda daxil olan məlumata görə, Bakının Nəsimi rayonu 4-cü mikrorayon yaşayış massivində (ünvan dəqiqləşdirilir) cinayət törədilib. 19-cu polis bölməsindən müxbirimizə verilən məlumatda bildirilir ki, Gürcüstan vətəndaşı 52 yaşlı Serqo Kantariya qısqanclıq zəminində birgə yaşadığı 26 yaşlı Svetlana Ağayevanı bıçaqla qətlə yetirib. Hadisə səhər saatlarında baş verdiyindən yaralını vaxtında xəstəxanaya çatdırmaq olmayıb və o, yerindəcə keçinib.

Onu da qeyd edək ki, S.Kantariya 2001-ci ildən Bakı şəhərində yaşayır. Restoran biznesi ilə məşğuldur. S.Ağayeva ilə 2007-ci ildən tanışdır və 2008-ci ildən bir evdə yaşayırlar. Qonşuların bildirdiyinə görə, son zamanlar həmin mənzildə tez-tez münaqişələr eşidilirdi. Hətta qonşular bu barədə dəfələrlə polis bölməsinə şikayət etmişdilər. Sonuncu belə münaqişədə S.Kantariya S.Ağayevanı bıçaqla döş nahiyəsindən vuraraq öldürdü. İlkin ehtimal kimi S.Kantariyanın Svetlananı qısqanması götürülür. Belə ki, şahidlərin ifadəsinə görə, Svetlana 6 aydır Bakıya gələn və heç bir yerdə işləməyən Serqo Kantariyanın oğlu 21 yaşlı Zurabla səmimi münasibətdə idi. Hadisədən sonra ata ilə oğul müəmmalı şəkildə yoxa çıxıblar. Faktla bağlı cinayət işi açılıb.


Deyirlər şeytan tüklü, buynuzlu bir məxluqdur. Məncə, şeytan insanın nəfsidir. Onu vaxtında cilovlamayanda o, adamın başına ip salıb oynadır. Bəzi hallarda öldürə də bilir. Odur ki, vaxtında "lənət şeytana!" deməyi bacarmaq lazımdır.


İnarə Rafiqqızı


O.M.