Gəncədə Mercedes evin hasarına çırpılıb

Gəncədə Mercedes evin hasarına çırpılıb

29 Aprel 2011 17:04
Bəyəndim (0) Bəyənmədim (0)


Gəncədə maşın yolun kənarındakı evin hasarına çırpılıb. Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin yol nəqliyyat qəzaları üzrə müfəttişi Ruhin Salahovun verdiyi məlumata görə, hadisə aprelin 29-da saat 13:30-da şəhərin Mirzə Abbas Abbaszəda küçəsində baş verib. R.Salahovun dediyinə görə, Gəncə şəhər sakini, A.A.-yevə məxsus "Mercedes" markalı avtomaşın yolun kənarındakı yaşayış evinin hasarına çırpılıb. Nəticədə sürücü və onun həyat yoldaşı yüngül xəsarət alıblar.

R.Salahov onu da bildirdi ki, ilkin ehtimallara görə, hadisəyə avtomobildə yaranmış texniki nasazlıq səbəb olub. Belə ki, avtomobilin arxa təkərləri avtomatik olaraq stoplanıb və bu səbəbdən sürüsü idarəetməni itirərək maşını hasara çırpıb. Hadisə ilə bağlı təhqiqat işləri aparılır.


Adamın "tormoz"u tutmayanda bundan da betər hadisələr olur...


Hafiz Əhmədov


O.M.