Bakıda ər arvadının başını kəsib

Bakıda ər arvadının başını kəsib

29 Aprel 2011 15:22
Bəyəndim (0) Bəyənmədim (0)


Bakının Qaradağ rayonunda ər arvadının başını kəsib.

Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, bu gün saat 12 radələrində Vahid Nəbi oğlu Məmmədov Sahil qəsəbəsi Zahid Qasımov küçəsi 46/3 ünvanında yaşayan baldızıgilə gələrək orada olan arvadı Yazgül Əhməd qızı Məmmədova ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı ər bıçaqla arvadının başını kəsib. Məmmədova hadisə yerində keçinib. Mübahisə ailə münaqişəsi zəminində baş verib. Məlumata görə, Məmmədov həbs edilib.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.


Başkəsənin başı olsaydı, başını cəncələ salmazdı...


Hafiz Əhmədov


O.M.