Bakıda avtomobil qəzası baş verib

Bakıda avtomobil qəzası baş verib

29 Aprel 2011 13:45
Bəyəndim (0) Bəyənmədim (0)


Dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonunda "Volkswagen" və "VAZ" markalı 2 minik avtomobili toqquşub.



Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi əzilərək yararsız hala düşüb. Hadisə zamanı xoşbəxtlikdən ölən olmayıb, lakin həmin avtomobillərdə olan sürücü və sərnişinlər yaralanıb.


Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə yaralıların vəziyyəti qənaətbəxşdir.


İlkin versiyaya görə qəza sürücülərin diqqətsizliyi ucbatından baş verib. Hadisə ilə bağlı araşdırmalar davam edir.