Daha iki oğru həbs olunub

Daha iki oğru həbs olunub

29 Aprel 2011 13:20
Bəyəndim (0) Bəyənmədim (0)


Dünən daha iki oğurluq faktı aşkarlanıb. Müxtəlif cinayət hadisələrində günahkar bilinən şəxslər həbs olunub.


Belə ki, Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da və aprelin 19-da Ramana qəsəbəsi ərazisindən 1480 metr, aprelin 14-də H. Əliyev prospektindən 510 metr, aprelin 26-da Yeni Suraxanı qəsəbəsi ərazisindən 370 metr uzunluğunda rabitə kabellərini kəsərək oğurlamış Laçın rayon sakini Sahib Məmmədov tutulub.


Bundan başqa Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Züleyxa Məhiyevaya məxsus içərisində 116 manat və mobil telefon olan pul kisəsini oğurlamış Cəlilabad rayon sakini Elnarə Ağayeva həs olunub.


Hadisələrlə bağlı cinayət işi açılıb, onların başqa oğurluqlarda əlinin olub-olmamağı araşdırılır.