Oğrular uzağa qaça bilməyib

Oğrular uzağa qaça bilməyib

29 Aprel 2011 13:13
Bəyəndim (0) Bəyənmədim (0)



Oğrular qanun keşikçilərindən qaça bilməyib. Dünən oğurluqda şübhəli bilinən iki nəfər həbs olunub.


Oğurluq etdiklərinə görə DİN Baş Cinayət-Axtarış İdarəsi və Ağcabədi RPŞ əməkdaşları tərəfindən tutulmuş Səbuhi Abdullayevin və Ramil Zeynalov istintaqa cəlb olunub.


Aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində onların 2010-cu il dekabrın 29-da Kəhrizli kənd sakini Hökümə Əşrəfovaya məxsus 2 baş inəyi oğurlamaları da müəyyən edilib.


Eləcə də S. Abdullayevin 2009-cu il dekabrın 16-da Avşar kənd sakinləri Xəyyam Ağamalıyevin və Məmmədyar Hüseynovun etimadlarını qazanaraq, müvafiq olaraq onlardan 22 və 83 baş qoyun alaraq pulunun verilməməyi müəyyən edilib.