Bərdədə qəza baş verib

Bərdədə qəza baş verib

29 Aprel 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)


Bərdə rayon polis şöbəsindən verilən məlumata görə dünən axşam rayonunun Qarabağ qəsəbəsində, Bərdə şəhər sakini Babək Rəhimovun idarə etdiyi "VAZ-21011" markalı və Tərtər rayon sakini Taciəddin Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla toqquşub.


Nəticədə hər iki sürücü yaralanıb, yaralılar dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə xəsarət almış hər 2 sürücünün və T. Allahverdiyevin sərnişini Vidadi Nəzərovun vəziyyətləri orta-ağırdır.


Qəza ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.