İtkin düşən Kürdəmir sakini Kürdən tapılıb

İtkin düşən Kürdəmir sakini Kürdən tapılıb

28 Aprel 2011 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 7-də Kürdəmir rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb.


Kürdəmir rayonundakı müxbirimiz İmran Mustafayevin verdiyi məlumata görə, itkin düşmüş şəxs kimi qeydiyyatda olan rayon sakini Nadir Mehdiyevin meyiti Kür çayının Carlı kəndindəki hissəsində tapılıb.

İlkin məlumatda mərhumun özünü Kürə ataraq intihar etdiyi ehtimal edilir.

Qeyd edək ki, mətbuatda N. Mehdiyevin Kürdəmir rayonundan deputat seçilən Fərhad Qəribova məxsus zavodun baş mühasibi olması ilə bağlı məlumat yayılmışdı. İddia olunurdu ki, N. Mehdiyev zavoddakı fəaliyyəti ilə əlaqədar yoxa çıxıb.

Hazırda Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb, polis əməkdaşları tərəfindən Nadir Mehdiyevin hansı şəraitdə Kürə düşməsi ilə bağlı araşdırma aparılır.

Nahaq yerə Dəli Kür deməyiblər...


Elvin Babayev


O.M.