Yol qəzaları can almaqda davam edir

Yol qəzaları can almaqda davam edir

28 Aprel 2011 09:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Xətai rayonunda "VAZ" və "Mercedes" markalı 2 minik avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər həyatını itirib.


Dünən günorta radələrində qarşı-qarşıya "VAZ" markalı minik avtomobili ilə "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə hər iki avtomobil yararsız hala düşüb. VAZ" markalı avtomobilin sürücüsü 1971-ci il təvəllüdü Mayılov Nazim Arif oğlu hadisə yerindəcə keçinib. "Mercedes" markalı minik avtomobilinin sürücüsü isə yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb.


Həkimlərin sözlərinə görə, onun vəziyyəti orta ağırdır. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.


Bu dünyada hərə öz yolu ilə getməyi bacarsaydı, heç kim heç kimə mane olmazdı...


Elvin Babayev


O.M.