Hacıqabulda dəhşətli qəza baş verib

Hacıqabulda dəhşətli qəza baş verib

28 Aprel 2011 10:02
1 116
Bəyəndim (0) Bəyənmədim (0)



Şirvan xəstəxanasının baş həkimi və onun həyat yoldaşı avtomobil qəzasında ölüblər.

Dünən axşam saatlarında Bakı-Qazax yolunun Hacıqabul rayonunun Qızılburun ərazisində Şirvan şəhər xəstəxanasının baş həkimi Murad Salmanov idarə etdiyi "Hyundai" markalı avtomobillə TİR yük avtomobili toqquşub.


Qəza zamanı sürücü Murad Salmanov və onun həyat yoldaşı Kəmalə Salmanova hadisə yerindəcə keçiniblər.


İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.


Atalar demişkən, tələsik işə şeytan qarışar...


Elvin Babayev


O.M.