20 yaşlı gənci öz qardaşı öldürdü

20 yaşlı gənci öz qardaşı öldürdü

4 Aprel 2011 11:56
Bəyəndim (0) Bəyənmədim (0)
Ağsu rayonunda qardaş qardaşın qatili oldu

Ağsu rayonunda ailə faciəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Padarqışlaq kənd sakini 21 yaşlı Radim Bəkirov kustar üsulla hazırlanmış, lüləsi kəsik ov tüfəngi ilə özündən bir yaş kiçik qardaşı Rahibi güllələyib. Rahib aldığı xəsarətlərdən ölüb.İlkin səbəb kimi ov tüfəngi ilə ehtiyatsız davranma göstərilsə də, hadisənin necə baş verməsi araşdırılır. Hazırda Ağsu rayon Prokurorluğunun müstəntiqi Teymur Əsədov hadisə yerində dindirmə aparır.

O.M.