Aparıcı dələduz şəbəkəni ifşa etdi: Görün insanları necə aldadırlar

Aparıcı dələduz şəbəkəni ifşa etdi: Görün insanları necə aldadırlar

20 İyun 2022 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

""DİQQƏT! Deməli son günlərdə bir "şirkət" çıxıb ortaya və insanları sürətlə aldatmağa başlayıb. Adları "Ləziz Dad Broyler" MMC gedir... Deməli, bunlar guya yeni şirkətdir və qeydiyyatdan keçmək üçün insanlardan sənədləri tələb edir. Ardından isə "təcili" sağlamlıq haqqında arayış istəyirlər. Vətəndaşlar da qalır çaş-baş ki, bu dəqiqə arayışı haradan alsınlar... Daha sonra onlara mesaj göndərilir. "Arif müəllimin göstərişi əsasında və sizə kömək məqsədilə, sağlamlıq haqqında elektron arayışı asanlıqla əldə etməniz üçün sizə rəsmi səhfə göndərilir(elektron-arayis.online). Bu səhifədən asanlıqla əldə edə biləsiniz. Səhiyyə nazirliyinin tabeliyində olan "xidmətdir" Sayta daxil olanda isə qarşınıza normal dizayn edilmiş bir bölmə çıxır".

Oxuməni.az xəbər verir ki, bu barədə teleaparıcı Amil Xəlil məlumat verib.

Teleaparıcı dələduzluq əməli ilə bağlı Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tədbir görəcəyinə inandığını deyib:

"10 manat ödənildikdən sonra həmin şəxslərə mesaj göndərilir ki, "Bəs 50 manat da ödəməlisiniz". Qeyd edim ki, saytın Səhiyyə Nazirliyi ilə bağlılığı qəti yoxdur. Xaricdən idarə olunur. Hətta 50 manatı ödəyənlərdə olub. Bu adamlar başqa-başqa adlarla insanları aldatmaqa davam edir. Vətəndaşların arasında sağlamlıq haqqında arayışın heç vaxt onlayn verilməsinin mümkün olmamasını bilməyənlərdə çoxluq təşkil edir. Yüzlərlə insan bir gündə aldanıb... Hətta aldanmaqa davam edən insanlar da var. Həmin dələduzların nömrələri məndə var. İnanıram ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bu adamlarla bağlı tədbirlər görəcəklər".