İnsan alveri ilə məşğul olan üç nəfər həbs olunub

İnsan alveri ilə məşğul olan üç nəfər həbs olunub

27 Aprel 2011 12:50
938
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycanda insan alveri ilə bağlı daha üç fakt qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsində verilən məlumata görə, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Umu Quliyevanın gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. U. Quliyeva yaxalanaraq istintaqa cəlb olunub.


DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini Mübarək Babayevanın gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. Əməliyyat axtarış tədbirləri keçirən polis əməkdaşları onu həbs ediblər.


İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri başqa bir əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini Əzizə Vəliyevanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Ə. Vəliyeva da həbs olunaraq ilkin istintaqa cəlb olunub.