Avtomat canlar aldı

Avtomat canlar aldı

4 Aprel 2011 11:35
1 025
Bəyəndim (0) Bəyənmədim (0)
Balakən rayonunda mübahisənin sonu avtomatla bitdi

Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, aprelin 2-də saat 22 radələrində rayonun Şambul kəndində cinayət hadisəsi qeydə alınıb. Rayonun Şambul kənd sakini 56 yaşlı Qədirov Məhəmməd Əli oğlu sərxoş vəziyyətdə həmkəndlisi Bazarova Narzanət Məhəmməd qızının yaşadığı evə gələrək, onunla şəxsi münaqişə zəminində mübahisə etməyə başlayıb. Mübahisə zamanı Narzanət Bazarovanın oğlu - 1985-ci il təvəllüdlü Mollayev Murad Ramazan oğlu və qonşusu - 1986-cı il təvəllüdlü Amalov Şaban Zeynalabid oğlu da onun yanında olub. Narzanət Bazarova ilə aralarında olan şəxsi münasibətlərə aydınlıq gətirmək istəyən Məhəmməd Qədirov onun oğlu Murad Mollayevə və qonşusu Şaban Amalova üzərində olan "Kalaşnikov" silahı ilə hədə-qorxu gəlib. M. Mollayev və Ş. Amalov qorxuya düşüb qaçmaq istəyən zaman M. Qədirov əlindəki avtomat silahdan onların arxasınca atəş açıb. Avtomat silahdan açılmış atəş nəticəsində Ş.Amalov qarın, M.Mollayev isə topuğundan güllə yarası alıb. Yaralılar Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların durumunun orta-ağır olduğu bildirilir. Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı hadisəni törədən M. Qədirov tutularaq istintaqa təhvil verilib. Hadisəni törədən M.Qədorov bir neçə il əvvəl N.Bazarova ilə qeyri-rəsmi nikahda olub. Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
O.M.