Gömrük Komtəsində şok həbslər – Adlar açıqlandı

Gömrük Komtəsində şok həbslər – Adlar açıqlandı

11 May 2022 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Aeroport gömrüyündə (Hava Nəqliyyatında Gömrük Baş İdarəsi) İnformasiya-kommunikasiya şöbəsinin rəisi Bəhruz Məmmədyarov, Gömrük prosedurları və maliyyə şöbəsinin rəis müavini Namazi Orucov, prosedurlar və maliyyə şöbəsinin rəis müavini Elnur Quliyev, yük inspektoru Cavid Abbasov, Karqo Terminalın post rəisi Rövşən Mahmudov, gömrük deklarantı İsmayıl adlı şəxs Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsi əməkdaşları tərəfindən rüşvət alma məlumatı ilə əlaqədar saxlanılıblar.

Oxuməni.az Yenipress.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.

İddialara görə, İsmayıl adlı gömrük işçisi Gömrük İdarəsində şöbə rəisi Ədalət Mehdiyevin bacısı oğludur. Hər ikisi də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun qohum və yaxınlarıdır.

“Bəhruz Məmmədyarov isə Sumqayıt Baş Gömrük İdarəsinin rəis müavininin oğludur”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, əməliyyatla bağlı rəsmi açıqlama verilməyib.