Mərhum keçmiş deputat Rəfael Cəbrayılovun cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçiriləcək

Mərhum keçmiş deputat Rəfael Cəbrayılovun cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçiriləcək

23 Yanvar 09:11
130
Bəyəndim (0) Bəyənmədim (0)

Mərhum keçmiş deputat Rəfael Cəbrayılovun cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi yanvarın 27-də baş tutacaq.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə “Qaynarinfo”ya zərəçəkənlər bildiriblər.

Məlumat üçün qeyd edək ki, Rəfael Cəbrayılov ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da dünyasını dəyişib. Keçmiş deputatın ölümündən sonra məhkəmədə onun hüquqi varisi qismində həyat yoldaşı Aidə Cəbrayılova təmsil olunur.

Aidə Cəbrayılova artıq bir neçə prosesə qatılıb və baş verənlərdə Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovu ittiham edib.

Əldə etdiyimiz məlumata görə, Rafael Cəbrayılov ölümündən əvvəl qardaşı barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. O qardaşını vergidən yayınmada və digər qanunsuz maliyyə əməliyyatlarında suçlayıb. Bildirilir ki, Rafael Cəbrayılovun xanımı məhkəmədə bu məsələni də qaldıraraq, mərhum ərinin müraciətinin araşdırılamasını tələb edə bilər.

Bildirilir ki, Elşən Cəbrayılov da məsuliyyətdən yayınmaq üçün biznesini Türkiyəyə daşıyıb.

Bu arada məlum olub ki, Elşən Cəbrayılov qardaşının da əmlakını ələ keçirib. Rafael Cəbrayılovun və xanımının israrla onu ittiham etməsi həm də bununla bağlıdır.

Xatırldaq ki, 2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.