Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxsləri  sərt cəza gözləyir

Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxsləri sərt cəza gözləyir

19 Yanvar 2022 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin zədələnməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Oxuməni az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuata açıqlamasında deyib.

Dünən naməlum şəxslərin paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurduqlarını xatırladan DİN rəsmisi bildirib ki, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.