Azərbaycanda 07 - 08 iyulun kriminal xronikası

Azərbaycanda 07 - 08 iyulun kriminal xronikası

9 İyul 2012 13:11
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində 87 cinayət faktı qeydə alınmışdır

07.07.2012-ci il –şənbə günü ərzində 50 cinayət faktı qeydə alınmışdır.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.

13 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 13 nəfər tutulmuşdur.

Qısqanclıq zəminində Ağcabədi rayon sakini Rafiq Qarayevi qətlə yetirmiş S.Quliyev və A.Rəhimov tutulmuşlar

07.07.2012

İyulun 3-də Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Rafiq Qarayev "VAZ-2107" markalı avtomaşınında evdən çıxmış, geri qayıtmamışdır.
Aparılmış araşdırmalar zamanı R.Qarayevin iyul ayının 4-də Mehdili kəndinin ərazisində Rəncbərlər kənd sakinləri Səbuhi Quliyev və onun bacısının əri Azər Rəhimov tərəfindən qısqanclıq zəminində boğma yolu ilə qətlə yetirilməsi, sonradan avtomaşınında yaxınlıqdan keçən su kanalına atılması müəyyən edilmişdir.
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Quliyev və A.Rəhimov tutulmuşlar.
R.Qarayevin meyiti və avtomaşını sudan çıxarılmışdır.

Qusar rayonunun Qayakənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

07.07.2012

İyulun 7-də saat 16.00 radələrində Qusar rayonunun Qayakənd kəndi ərazisində kənd sakini Xeyrulla Rəsulov idarə etdiyi "UAZ" markalı avtomaşını yolun kənarındakı hasara vurmuşdur. Nəticədə xəsarət almış X.Rəsulov və sərnişinləri Dövlət Eldarov, Eldar Süleymanov və Rüstəm Hüseynov xəstəxanaya yerləşdirilmişlər.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Elvin Ağabəyova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Elvin Məmmədov tutulmuşdur

07.07.2012

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da Elvin Ağabəyova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Elvin Məmmədov tutulmuşdur.

3 baş inək oğurlamaqda təqsirli bilinən Şirvan şəhər sakinləri İsmayıl Mahmudov və onun oğlu Sahib tutulmuşlar

07.07.2012

İyulun 7-nə gecə Sabirabad rayonunun Xəlfəli kənd sakini Şamil Cəfərova məxsus 3 baş inək həyətindən oğurlanmışdır.

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Şirvan şəhər sakinləri İsmayıl Mahmudov və onun oğlu Sahib tutulmuşlar.

63 baş qoyunu oğurlamış Gədəbəy rayonu Dəyirmandağ kənd sakini Ədalət Cəfərov tutulmuşdur

07.07.2012

Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da İsrafil Kazımova məxsus 63 baş qoyunu oğurlamış Dəyirmandağ kənd sakini Ədalət Cəfərov tutulmuşdur.

Qax rayonu Qanlıqobu kəndi ərazisindən yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

07.07.2012

Qax RPŞ əməkdaşları Qanlıqobu kəndinin ərazisindən yabanı halda bitmiş, çəkisi 3 ton 200 kiloqram olan 9414 ədəd çətənə kolunu yığaraq məhv etmişlər.

Sumqayıt şəhər sakini Röyalə Musayeva dərmandan zəhərlənmişdir

07.07.2012

İyulun 7-də Sumqayıt şəhəri BTZ bağlar yaşayış sahəsində yaşayan Röyalə Musayeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Bakı şəhər sakini Oksana Krimiliyova Viktorovna suda boğulmuşdur

07.07.2012

İyulun 7-də Novxanı qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini Oksana Krimiliyova Viktorovna suda boğulmuşdur.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.07.2012

İyulun 7-də saat 01.15 radələrində Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Fuad Güliyev idarə etdiyi "QAZ-3110" markalı avtomaşını aşırmışdır. Nəticədə F.Güliyev və sərnişini, Abşeron rayon sakini Elxan Məmmədov hadisə yerində ölmüşlər.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.07.2012

İyulun 7-də saat 00.35 radələrində Yevlax rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Aran qəsəbə sakini Qədir Divanov vurulmuşdur. Nəticədə Q.Divanov hadisə yerində ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Xaçmaz rayonunun Nabran kəndi ərazisində yol-nəqliyyat hadisəsi

07.07.2012

İyulun 7-də saat 02.00 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində rayon sakini Mübariz Əhmədovun idarə etdiyi "Kia" markalı avtomaşınla Dalğalı kənd sakini Elşən Sultanovun etdiyi "İJ" markalı motosiklet toqquşmuşdur. Nəticədə E.Sultanovun sərnişinləri, Dalğalı kənd sakini Fərid Kəlbixanov və Nabran kənd sakini Soltan Cavadov hadisə yerində ölmüşlər.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

08.07.2012-ci il – bazar günü ərzində 37 cinayət faktı qeydə alınmışdır.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.

10 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 19 nəfər tutulmuşdur.

Arvadı Səkinə Rəhimovaya və qızı Zemfiraya bıçaqla xəsarətlər yetirmiş Nəsimi rayonu ərazisində yaşayan Abbasqulu Tanrıverdiyev tutulmuşdur

08.07.2012

İyulun 8-də Nəsimi rayonu ərazisində yaşayanlar Abbasqulu Tanrıverdiyev ailə münaqişəsi zəminində arvadı Səkinə Rəhimovaya döş nahiyəsindən daxilə nüfuz edən, qızı Zemfiraya isə ayağından bıçaqla xəsarətlər yetirmişdir.
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Tanrıverdiyev tutulmuşdur.

Tovuz rayonunun Düzqırıxlı kəndi ərazisində yol nəqliyyat hadisəsi

08.07.2012

İyulun 8-də saat 22.00 radələrində Tovuz rayonunun Düzqırıxlı kəndi ərazisində Aşağı Quşçu kənd sakini Nizami Əmiraslanovun idarə etdiyi "Mercedes-3340" markalı və Bakı şəhər sakini Həbib Həsənovun idarə etdiyi "Mercedes-814" markalı yük avtomaşınları toqquşmuşdur. Nəticədə H.Həsənov hadisə yerində ölmüş, xəsarət almış N.Əmiraslanov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

08.07.2012

İyulun 8-də saat 23.30 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində qəsəbə sakinləri İmamverdi Aslanovun idarə etdiyi "Daewoo" markalı avtobusla Vasif Əliyevin idarə etdiyi "Opel" markalı avtomaşın toqquşmuşdur. Nəticədə V.Əliyev aldığı xəsarətdən ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Suraxanı rayonu Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

08.07.2012

İyulun 8-də saat 21.40 radələrində Suraxanı rayonu Ramana qəsəbəsinin ərazisində Bakı şəhər sakini Kamil Ələsgərov idarə etdiyi "QAZ-31029" markalı avtomaşınla Şəhriyar Musayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ş.Musayev orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

08.07.2012

İyulun 8-də saat 23.30 radələrində Sumqayıt şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Səbinə Əliyeva vurulmuşdur. Nəticədə xəsarət almış S.Əliyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Gəncə şəhərində Yeni Gəncə qəsəbə sakini Gülmira Zeynalova hamam otağındakı qaz sobasını yandırarkən partlayış baş vermişdir

08.07.2012

İyulun 8-də saat 05.00 radələrində Gəncə şəhərində Yeni Gəncə qəsəbə sakini Gülmira Zeynalova hamam otağındakı qaz sobasını yandırarkən yanğına keçən ani partlayış baş vermişdir. Dağıntı olmamış, yanıq xəsarəti almış G.Zeynalova xəstəxanaya yerləşdirilmişdir.

İyulun 4-də Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini N.Kərimov tutulmuşdur

08.07.2012

İyulun 4-də Binəqədi rayonu ərazisində 20-25 yaşlı kişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Jeep Grand Cheroke" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Nazir Kərimov tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.

Sabunçu rayon sakini Vüsal Məmmədova bıçaqla xəsarət yetirmiş Rauf Musayev tutulmuşdur

08.07.2012

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Vüsal Məmmədova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Rauf Musayev tutulmuşdur.

Salyan rayon sakini Münasib Kərimova bıçaqla xəsarət A.Quliyev tutulmuşdur

08.07.2012

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Münasib Kərimova bıçaqla xəsarət yetirmiş Kürqaraqaşlı kənd sakini Abkərim Quliyev tutulmuşdur.

Rusiya Federasiyası vətəndaşı Elvira Niyazova Şüvəlan qəsəbəsinin dəniz çimərliyində çimərkən suda boğulmuşdur

08.07.2012

İyulun 7-də Şüvəlan qəsəbəsinin dəniz çimərliyində Rusiya Federasiyası vətəndaşı Elvira Niyazova çimərkən suda boğulmuşdur. E.Niyazovanın meyiti iyulun 8-də Şüvəlan dəniz çimərliyində tapılmışdır.

Abşeron rayon sakini Zamin Abbasovu elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

08.07.2012

İyulun 8-də Xəzər rayonu Türkan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Namiq Əliyevə məxsus bağ evində, orada usta işləyən Abşeron rayon sakini Zamin Abbasovu elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Bakı şəhər sakini Azad Qədirov çimərkən suda boğulmuşdur

08.07.2012

İyulun 8-də Bakı şəhər sakini Azad Qədirov Türkan qəsəbəsinin dəniz çimərliyində çimərkən suda boğulmuşdur.

Abşeron rayonu Mehdiabad qəsəbə sakini Elvina Musayeva dərmandan zəhərlənmişdir

08.07.2012

İyulun 8-də Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan Elvina Musayeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Ağsu rayon sakini Elvin Məmmədovu "Kalva"çayını keçərkən sel aparmışdır

08.07.2012

İyulun 8-də Ağsu rayonunun Kalva kənd sakini Elvin Məmmədov kəndin ərazisindən keçən "Kalva" çayını atla keçmək istəyərkən qəflətən gələn güclü sel onu atla birgə aparmışdır.
E.Məmmədovun tapılması üçün tədbirlər görülür.

Uşağı su hövzəsində boğulmuş Ucar rayon sakini Sevər Zahidova intihara cəhd etmişdir

08.07.2012

İyulun 8-də Ucar rayonunun Qaracallı kəndində kənd sakini Ramin Həbillahov həyətdəki su hövzəsinə düşərək boğulmuşdur. Bununla əlaqədar Raminin anası Sevər Zahidova intihar məqsədi ilə siçan dərmanı içmişdir. S.Zahidova xəstəxanaya yerləşdirilmişdir.

Biləsuvar rayonu ərazisində yol-nəqliyyat hadisəsi

08.07.2012

İyulun 7-də Biləsuvar rayonu ərazisində rayon sakini Əli Həziyev idarə etdiyi "Hyundai Elantra" markalı avtomaşınla yolu keçən Nərimankənd kənd sakini Ərəstun Vəliyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Vəliyev iyulun 8-də orada ölmüşdür.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

Tərtər rayon sakini Xalid Allahverdiyev çimərkən suda boğulmuşdur

08.07.2012

İyulun 8-də Tərtər rayonu Cəmilli kəndinin ərazisindəki "Xan arxı" adlandırılan arxda kənd sakini Xalid Allahverdiyev çimərkən suda boğulmuşdur.

Göyçay rayon sakini Rafiq Ələkbərov ehtiyatsızlığı nəticəsində yıxılaraq suda boğulmuşdur

08.07.2012

İyulun 8-də Şirvan kanalının Göyçay rayonu Şəhadət kəndinin ərazisindən keçən hissəsində kənd sakini Rafiq Ələkbərov ehtiyatsızlığı nəticəsində yıxılaraq suda boğulmuşdur.
R.Ələkbərovun meyitinin tapılması üçün tədbirlər görülür.

Ailə-məişət münaqişəsi zəminində əri Elşadı bıçaqla qətlə yetirmiş Qusar rayon sakini R.Ərzumanova tutulmuşdur

08.07.2012

İyulun 7-də Qusar rayonunun Ləgər-Qışlaq kəndində kənd sakini Ruhəngiz Ərzumanova ailə-məişət münaqişəsi zəminində əri Elşadı bıçaqla qətlə yetirmişdir.
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ərzumanova tutulmuşdur.

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

08.07.2012

İyulun 8-də saat 04.00 radələrində Kürdəmir rayonu ərazisində Abşeron rayon sakini Aydın Məmmədovun idarə etdiyi "DAF-95 XF" markalı və Kürdəmir rayon sakini H.Əliyevin idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə H.Əliyev və sərnişinlərindən, Kürdəmir rayon sakinləri Kənan Həşimov, Rəşad Rəhimov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişin Ayaz Rəhimov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Hacıqabul rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi

08.07.2012

İyulun 8-də saat 05.15 radələrində Hacıqabul rayonunun Muğan kəndinin ərazisində Ağdam rayon sakini Allahverdi Allahverdiyev idarə etdiyi "VAZ-2107" markalı avtomaşını aşırmışdır. Nəticədə A.Allahverdiyev hadisə yerində ölmüş, xəsarət almış sərnişini, qardaşı Natiq isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

O.M.