Azərbaycanda valideyn məktəbə hücum etdi, müəllimləri söydü, polis araşdırmaya başladı - Video

Azərbaycanda valideyn məktəbə hücum etdi, müəllimləri söydü, polis araşdırmaya başladı - Video

7 Dekabr 2021 10:18
98
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Suraxanı rayonu 282 saylı orta məktəbində şagird tərəfindən nizam-intizam qaydalarının kobud şəkildə pozulduğu iddia edilir.

Oxuməni.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Paylaşımda iddia edilir ki, məktəbdə sagird sinifdə şalvarını çıxardır, qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir və buna səlahiyyəti şəxslər müdaxilə etmir:

“Yeddinci sinifdə təhsil alan şagird müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir, polisə müraciət olunur, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir. Amma polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Əlacı kəsilən valideynlər məktəbin qarşısında etiraz aksiyası keçirmək istəyirlər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev deyib ki, paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir:

“Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatı yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Oxuməni.az yenisabah.az-a istinadən valideynin məktəbə hücumunun videosunu təqdim edir: