İsmayıllıda maşın piyadanı vurdu

İsmayıllıda maşın piyadanı vurdu

6 İyul 2012 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. İsmayıllı rayon Polis Şöbəsindən verilən məlumata görə, bu gün şəhərin Natəvan küçəsində rayon sakini Rəsulov Mansur Mütəllim oğlu idarə etdiyi 19-BD-061 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik maşını ilə yolu keçən piyadanı - 2002-ci il təvəllüdlü Dadaşova Humay Rza qızını vurub. Qəzada ağır yaralanan H.Dadaşova əvvəlcə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və sonra müalicə olunmaq üçün Bakıya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı İsmayıllı rayon polis şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.