Xarici vətəndaşla evlənməyin sonu cinayət oldu

Xarici vətəndaşla evlənməyin sonu cinayət oldu

4 Aprel 2011 10:28
795
Bəyəndim (0) Bəyənmədim (0)
Türk ər azərbaycanlı arvadını qətlə yetirdi

Türkiyənin İzmir şəhərinin Çiğli rayonunda bu ölkənin vətəndaşı ilə ailəli olan azərbaycanlı Gülnarə. U. əri tərəfindən boğazı kəsilərək öldürülüb. Hadisə qısqanclıq zəminində baş verib. Məlumata görə, iki övlad anası Gülnarə ilə əri arasında əvvəl mübahisə olub. Daha sonra 28 yaşlı ər M. U. bıçaqla arvadı Gülnarəyə bir neçə bədən xəsarəti yetirib. G. U. ərinin əlindən çıxaraq qaçmağa müvəffəq olsa da, əri onu binanın pillələrində yaxalayaraq boğazını kəsib. Ağır yaralanan 24 yaşlı G. U. çoxlu qan itirərək hadisə yerindəcə keçinib. Qatil ər isə bıçaqla hadisə yerindən uzaqlaşıb. Qeyd edək ki, cinayətkar M. U. əvvəllər narkotik qaçaqmalçılığı və istifadəçisi, oğurluq, polisə müqavimət, saxta şəxsiyyət vəsiqəsi hazırlamaq cinayətləri ilə mühakimə olunub. M. U. əvvəllər "Ruh və Sinir xəstəlikləri mərkəzi"ində müalicə olunub. Polis cinayətkarı Ankarada yaxalayıb.