Bakıda quldurluq edən Naxçıvan sakinləri tutuldular

Bakıda quldurluq edən Naxçıvan sakinləri tutuldular

6 İyul 2012 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu gün Naxçıvan MR DİN, Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər Naxçıvan sakini tutulmuşdur. Belə ki, fevralın 13-də Qala qəsəbə sakini İsmət Quliyevin evinə girib onu və arvadı Pərini bıçaqla hədələyərək əl və ayaqlarını yapışqanlı lentlə bağlayıb oradan 500 manat və qızıl əşyalarını aparmaqda şübhəli bilinən Naxçıvan şəhər sakini Ramin Quluzadə Bakı şəhərində, Şahbuz rayon sakini, əvvəllər məhkum olunmuş Yusif Məhərrəmov isə Naxçıvan şəhərində yaxalanmışlar.

O.M.