Bakıda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verdi

Bakıda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verdi

6 İyul 2012 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ölümlə nəticələn ağır yol qəzası baş verib. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, ötən gecə Bakı şəhər sakini Məhərrəm Soliyev idarə etdiyi "Volkswagen" markalı maşını aşırıb. Nəticədə maşında olan sərnişin, 1987-ci il təvəllüdlü Niyazi Məhəmməd oğlu Nəbiyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən N. Nəbiyevin yaxında toyu olacaqmış.

O.M.