Azərbaycanda 04 iyulun kriminal xronikası

Azərbaycanda 04 iyulun kriminal xronikası

5 İyul 2012 13:11
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 56 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınmış, onların da 20-si "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 16 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 14 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır.

7 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.

Axtarışda olan Vüqar Məmmədov tutulmuşdur

04.07.2012

DİN Baş Cinayət-Axtarış İdarəsi və Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Nijnevartovsk şəhər Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Vüqar Məmmədov tutulmuşdur.

Qobustan rayonu Cəngi kəndi ərazisində yol-nəqliyyat hadisəsi

04.07.2012

İyulun 4-də saat 23.00 radələrində Qobustan rayonunun Cəngi kəndi ərazisində Ağsu rayon sakini Cavad Məmmədovun idarə etdiyi "VAZ-21154" markalı və Bakı şəhər sakini Nicat Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə C.Məmmədov və sərnişinlərindən, Ağsu rayon sakini Cavid Xəlilov, 20-30 yaşlı 2 kişi (şəxsiyyətləri müəyyənləşdirilir) hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini, Şamaxı rayon sakini Cəlil Məmmədov, habelə N.Əhmədov xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Salyan rayonu ərazisində "VAZ-2106" və "DAF" markalı avtomaşınlar toqquşmuşdur

04.07.2012

İyulun 4-də saat 21.00 radələrində Salyan rayonu ərazisində rayon sakini Zabit Əliyevin idarə etdiyi "VAZ-2106" markalı və Astara rayon sakini Ərəstun Əsədovun idarə etdiyi "DAF" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Əliyev hadisə yerində ölmüş, xəsarət almış sərnişini Rza İsmayılov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.07.2012

İyulun 4-də saat 20.30 radələrində Salyan rayonu ərazisində Biləsuvar rayon sakini Həmid Bayramov idarə etdiyi "VAZ-21011" markalı avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış H.Bayramov və sərnişini, Biləsuvar rayon sakini Cəmilə Cəlilova xəstəxanaya yerləşdirilmişlər. C.Cəlilova iyulun 5-də orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

04.07.2012

İyulun 4-də saat 23.30 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomaşınla 20-25 yaşlı kişi vurulmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Balakən rayonu ərazisində "Hyundai-Santafe" markalı avtomaşınla rayon sakini M.Kərimov vurulmuşdur

04.07.2012

İyulun 4-də saat 23.30 radələrində Balakən rayonunun Katex kəndi ərazisində Zaqatala rayon sakini Ziyəddin Musayev idarə etdiyi "Hyundai-Santafe" markalı avtomaşınla Balakən rayon sakini Məhəmməd Kərimovu vurmuşdur. Nəticədə M.Kərimov hadisə yerində ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Sulutəpə qəsəbəsinin ərazisində "Daewoo" markalı avtomaşınla piyada vurulmuşdur

04.07.2012

İyulun 4-də saat 23.30 radələrində Abşeron rayonu Sulutəpə qəsəbəsinin ərazisində "Daewoo" markalı avtomaşınla Bakı şəhər sakini Rauf Nəcəfovu vurulmuşdur. Nəticədə R.Zeynalov hadisə yerində ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Füzuli rayonu Fin şəhərciyi ərazisində yol-nəqliyyat hadisəsi

04.07.2012

İyulun 4-də saat 20.00 radələrində Füzuli rayonu Fin şəhərciyinin ərazisində İşıqlı kənd sakini Firad Quliyevin idarə etdiyi "VAZ-21011" markalı və Yuxarı Seyidəhmədli kənd sakini Tahir Muradovun idarə etdiyi "CAK" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə F.Quliyev hadisə yerində ölmüşdür.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.07.2012

İyulun 4-də saat 16.00 radələrində Sabirabad rayonu ərazisində Ağcabədi rayon sakini Cəfər Novruzov idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarında saxlanılmış Bakı şəhər sakini Ağalı Nataliyə məxsus "Toyota" markalı avtomaşına vurmuşdur. Nəticədə C.Novruzov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Siyavuş Əliyev isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Şəmkir rayonu ərazisində A.Bayramov idarə etdiyi avtomaşını aşırmışdır

04.07.2012

İyulun 4-də saat 15.20 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Aşağı Seyfəli kənd sakini Araz Bayramov idarə etdiyi "Mercedes" markalı avtomaşını aşırmışdır. Nəticədə A.Bayramov hadisə yerində ölmüşdür.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini S.Xancanova vurulmuşdur

04.07.2012
İyulun 2-də saat 09.00 radələrində Yasamal rayonu Zərgərpalan küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Səbinə Xancanova vurulmuşdur. Xəsarət almış S.Xancanova xəstəxanaya müraciət etmiş və ona ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini S.Əliyeva vurulmuşdur

04.07.2012

İyulun 4-də saat 11.00 radələrində Xətai rayonu Sarayevo küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Sücayət Əliyeva vurulmuşdur. Nəticədə xəsarət almış S.Əliyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Avtomaşından maqnitofon oğurlamış Bakı şəhər sakini Şıxəli Şıxəliyev tutulmuşdur

04.07.2012

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Elfak Orucova məxsus avtomaşından maqnitofonunu oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şıxəli Şıxəliyev tutulmuşdur.

Sabunçu rayonu Ə.Bağırov küçəsində yol-nəqliyyat hadisəsi

04.07.2012

İyulun 4-də saat 12.45 radələrində Sabunçu rayonu Ə.Bağırov küçəsində Bakı şəhər sakini Emin Qurbanov idarə etdiyi velosipedi qarşıda gedən Elməddin Əməşovun idarə etdiyi "KamAZ" markalı avtomaşına arxadan vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Qurbanov orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Zərdab rayon sakini Davud Davudov binanın 2-ci mərtəbəsindən yıxılaraq ölmüşdür

04.07.2012

İyulun 4-də Zərdab rayonu ərazisində aparılan tikinti sahəsində işləyən Davud Davudov binanın 2-ci mərtəbəsindən yıxılaraq xəsarət almışdır. Xəstəxanaya yerləşdirilmiş D.Davudov orada ölmüşdür.

Beyləqan rayon sakini Kənan Əsədli su arxında çimərkən boğulmuşdur

04.07.2012

İyulun 4-də Beyləqan rayonunun RTS qəsəbəsinin ərazisində Beyləqan rayon sakini Kənan Əsədli su arxında çimərkən boğulmuşdur.

İmişli rayonu Qızılkənd kənd sakini Aqşin Salahlı su kanalına yıxılaraq boğulmuşdur

04.07.2012

İyulun 4-də İmişli rayonunun Cəfərli kəndi ərazisində Qızılkənd kənd sakini Aqşin Salahlı su kanalına yıxılaraq boğulmuşdur.

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbə sakini Ramilə Hacıyeva dərmandan zəhərlənmişdir

04.07.2012
İyulun 4-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbə sakini Ramilə Hacıyeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

İsmayıllı rayon ərazisində yol-nəqliyyat hadisəsi

04.07.2012

İyulun 3-də İsmayıllı rayonu ərazisində rayon sakini Mansur Rəsulov idarə etdiyi "VAZ-21061" markalı avtomaşınla yolu keçən Humay Dadaşovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Dadaşova iyul ayının 4-də orada ölmüşdür.
İsmayıllı RPŞ tərəfindən araşdırmalar aparılır.

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Kamal Qurbanov dərmandan zəhərlənmişdir

04.07.2012

İyulun 4-də Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Kamal Qurbanov evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.07.2012

İyulun 4-də saat 00.30 radələrində Kürdəmir rayonu ərazisində Gənсə şəhər sakini Əli Сabbarovun idarə etdiyi "VAZ-21099" markalı və Mingəçevir şəhər sakini Ramil Quliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ə.Сabbarov və sərnişinləri 30-35 yaşlı 2 kişi hadisə yerində ölmüşlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Göyçay rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi

04.07.2012

İyulun 4-də saat 00.30 radələrində Göyçay rayonu ərazisində rayon sakini Sərdar Hümbətovun idarə etdiyi "VAZ-21010" markalı, 1-сi Ərəbсəbirli kənd sakini Əli Hüseynovun idarə etdiyi "VAZ-21154" markalı və Qarayazı kənd sakini Miryusif Ağasıyevin idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nətiсədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Hümbətov və M.Ağasıyev orada ölmüşlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Suraxanı rayonu S.Bəhlulzadə küçəsində yol-nəqliyyat hadisəsi

04.07.2012

İyulun 4-də saat 03.30 radələrində Suraxanı rayonu S.Bəhlulzadə küçəsində Bakı şəhər sakini Sabir Fətullayev idarə etdiyi "VAZ-2107" markalı avtomaşını hasara vurmuşdur. Nətiсədə xəsarət almış S.Fətullayev və sərnişinləri, Bakı şəhər sakinləri Vasif Əlizadə, Sahib Tağıyev və Kamal Həşimov xəstəxanaya yerləşdirilmişlər.
Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.

O.M.