Rövşən Əkbərov  10 il müddətinə azadlıqdan məhrum edilib

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib

28 Oktyabr 00:02
132
Bəyəndim (0) Bəyənmədim (0)

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Rövşən Əkbərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Oxuməni.az Musavat.com-a istinadən xəbər verir ki, hökmdə həmçinin Rövşən Əkbərovdan 40 min 10 manat tutularaq mənəvi ziyan kimi zərərçəkmiş Elçin Əliyevin ailəsinə ödənilməsi qeyd edilib.

Bildirilib ki, Rövşən Əkbərovun hərbi rütbəsi və fəxri adları alınması zəruri deyil.

***


Həbs edilən general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Proses Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutub.

Rövşən Əkbərov son sözündə günahsız olduğunu deyib. Bildirib ki, onun bu qətl hadisəsi ilə əlaqəsi olmayıb.

General bildirib ki, 2001-ci il iyunun 1-də kafedə olmayıb: "Mən həmin gün kirayə qaldığım evdə ailə üzvlərimlə birlikdə olmuşam. Ertəsi gün səfirlikdən mənə xəbər veriblər, hadisə barədə deyiblər. Məzahir Şıxəliyevi tanımamışam, Elçin Əliyevi cəmi iki dəfə görmüşəm. Barəmdə bəraət verilməsini istəyirəm".

Xatırladaq ki, prokuror çıxışında cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və maddələri ilə təqsirli bilinməsini istəyərək 11 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Mərhum Elçin Əliyevin vəkili isə R.Əkbərova 15 il cəza verilməsini istəyirdi.

Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.