59 yaşlı Zərdab sakini binanın damından yıxılaraq ölüb

59 yaşlı Zərdab sakini binanın damından yıxılaraq ölüb

4 İyul 2012 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Zərdab rayonunda bədbəxt hadisə baş verib. Hadisə bu gün 12:00 radələrində Zərdab şəhərində qeydə alınıb. Zərdab rayon Polis Şöbəsindən Apa-nın verdiyi məlumata görə, tikintidə usta kimi çalışan Zərdab rayonunun Əlibəyli kənd sakini, 1953-cü il təvəllüdlü Davud Davudov işlədiyi binanın damından yıxılaraq dünyasını dəyişib. Meyit ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Zərdab rayon şöbəsinə göndərilib. Araşdırma aparılır.

O.M.