Bakı sakini ürəyinə atəş açaraq intihar edib

Bakı sakini ürəyinə atəş açaraq intihar edib

4 İyul 2012 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 58 yaşlı kişi özünü güllələyib. Bu barədə Apa-ya Nərimanov Rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun M. Nağıyev küçəsi 20, mənzil 56 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Naxçıvan sakini, 1964-cü il təvəllüdlü Rafael Bədir oğlu Əhmədov "Baykal" tipli qoşalülə ov tüfəngindən sol döş nahiyəsinə atəş açaraq özünü öldürüb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

O.M.