Füzulidə ölümlə nəticələnən yol qəzası baş verdi

Füzulidə ölümlə nəticələnən yol qəzası baş verdi

3 İyul 2012 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 3-də saat 00.30 radələrində Füzuli rayonunun "Qarabulaq qışlağı" adlandırılan ərazidə Kürdmahmudlu kənd sakini Mübariz Əhmədovun idarə etdiyi "VAZ-21011" markalı və Mahmudlu-1 kənd sakini Şəmsi Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı Az 19 BE 276 №-li avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış M.Əhmədov və sərnişini, Balabəhmənli kənd sakini Alay Ağayev, habelə Ş.Hüseynov və sərnişini, Mahmudlu-2 kənd sakini Hünər Şəniyev xəstəxanaya yerləşdirilmişlər. Ş.Hüseynov orada ölmüşdür. Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

O.M.