Siyəzəndə ölümlə nəticələnən yol qəzası baş verib

Siyəzəndə ölümlə nəticələnən yol qəzası baş verib

3 İyul 2012 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 112-ci km-də yol nəqliyyat hadisəsi baş verib.

Apa-nın verdiyi məlumata görə, 41 yaşlı Siyəzən sakini Pərviz Məmmədrzayevin idarə etdiyi 10 ML 028 qeydiyyat nişanlı "Vaz 2106" markalı nəqliyyat vasitəsi magistral yola çıxarkən Qubadan Bakı istiqamətində hərəkətdə olan 20 yaşlı Siyəzən sakini Muradxan İsgəndərovun idarə etdiyi 90 LM 325 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yolun kənarındakı dəmir sürahiyə çırpılıb. Nəticədə "Vaz 2106"nin sürücüsü Pərviz Məmmədrzayev və maşındakı sərnişin 27 yaşlı Qazaxıstan sakini Murad Muradov müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

O.M.