15 yaşlı oğlan avtomobil qəzası törədib

15 yaşlı oğlan avtomobil qəzası törədib

2 İyul 2012 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Gəndob-Yalama yolunun Şabranın Ağalıq kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Apa-nın verdiyi məlumata görə, 15 yaşlı Bakı şəhər sakini Elçin Bağırov özünə məxsus olmayan 99 CF 994 nömrə nişanlı "Mercedes" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Nəticədə o, ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya uğrayan avtomobilin sürücüsü, Bakı şəhər sakini Mübariz Əliyev taksi fəaliyyəti ilə məşğuldur. Qəzanı törədən Elçin Bağırov onun sərnişini imiş. M. Əliyevin sözlərinə görə, onlar meşə ərazisində istirahət edərkən E. Bağırov onun avtomobilini idarə etmək həvəsinə düşüb. 15 yaşlı yeniyetmənin bu istəyi isə qəza ilə nəticələnib.
Faktla bağlı araşdırma aparılır.

O.M.