Sumqayıtda əxlaqsızlıq yuvası aşkarlanıb

Sumqayıtda əxlaqsızlıq yuvası aşkarlanıb

2 İyul 2012 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt maşın bazarında əxlaqsızlıq yuvası aşkar edilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Cəfərzadə Anar Sahib oğlu icarədarı olduğu - Sumqayıt şəhəri, maşın bazarının yaxınlığında yerləşən "Səhər" restoranında əxlaqsızlıq yuvası təşkil edərək saxlaması faktı ilə əlaqədar saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

O.M.