Qəza yenə can aldı

Qəza yenə can aldı

26 Aprel 2011 15:44
862
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 26-da saat 00.30 radələrində Saatlı rayonunun Qaranuru kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Şamaxı rayon sakini Zakir Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı və Sabirabad rayon sakini Vüsal Əkbərovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşublar.

Nəticədə xəsarət almış Z. Məmmədov və sərnişinləri, atası Əsgər, anası Pikə, qardaşı Faiq, habelə V. Əkbərov və sərnişini Natiq Rəhimov və Vasif Salahov xəstəxanaya yerləşdiriliblər.

Z. Məmmədov xəstəxanaya çatdırılarkən yolda ölüb, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.

Vaxtında əyləci basmasan qaranlıq tunelə güdə bilərsən...

İnarə Rafiqqızı

O.M.