Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib

2 İyul 2012 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda daha bir qətl törədilib. Bu barədə Apa-ya Nəsimi Rayon Prokurorluğundan bildirilib. Hadisə iyulun 2-də saat 03.00 radələrində rayonun Alı Məhərrəmov küçəsi, 15 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 20 yaşlı Nazim Ağaquliyev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, aldığı xəsarətdən dünyasını dəyişib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədilməsi araşdırılır.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

O.M.