Mübariz Mənsimovun  erməni mafiyası ilə işbirliyi ifşa edildi - Şok faktlar + VİDEO

Mübariz Mənsimovun erməni mafiyası ilə işbirliyi ifşa edildi - Şok faktlar + VİDEO

17 Sentyabr 12:39
913
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə fəaliyyət göstərən “Haber Global” kanalı “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun erməni əsilli iş adamı Levon Termendyanla işbirliyi haqda yeni süjet yayımlayıb.

Oxuməni.az azpolitika.info-ya istinadən xəbər verir ki, bir müddət öncə Mübariz Mənsimov açıqlama verərək, L.Termendyanla əlaqəsi olduğunu inkar etmiş, hətta onun erməni olduğunu biləndən sonra şəkil çəkdirən anda kadrdan çıxmağa çalışdığını, daha sonra isə onunla mübahisə etdiyini və erməni iş adamını vurduğunu bildirmişdi.

“Haber Global” isə sözügedən mərasimdən video yayaraq, həqiqətin başqa cür olduğunu iddia edib. Eyni zamanda M.Mənsimovun L.Termendzyanla işbirliyinə getdiyini əks etdirən sənədləri paylaşıb.

Kanalın sözügedən süjetini təqdim edirik: