Bərdədə 24 yaşlı qadını əri parkda öldürdü

Bərdədə 24 yaşlı qadını əri parkda öldürdü

6 Sentyabr 2021 21:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə şəhərinin parklarından birində 24 yaşlı arvadını qətlə yetirən şəxs tutulub. Bu barədə rayon prokurorluğu bildirir. Qeyd edilir ki, sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxuməni.az xəbər verir ki, Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib .
Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Bərdə rayonunda kişi parkda arvadını öldürüb. Hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib. Rayonun Muğanlı kənd sakini Tural Mustafayev həyat yoldaşı, 24 yaşlı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisənin “qısqanclıq zəminində” baş verdiyi bildirilir.

Məlumata görə, qətlə yetirilən qadının iki azyaşlı övladı olub. Cinayət hadisəsi də parkda uşaqların gözü qarşısında baş verib. Hadisə vaxtı qızın Təranənin qardaşı da orada olub. T.Mustafayev qaynına deyib ki, həyat yoldaşı ilə söhbət etmək istəyir və onlara bir neçə dəqiqə təklikdə danışmaq üçün vaxt verməsini istəyib. Ər-arvad kənara çəkiləndən sonra T.Mustafayev üzərində gəzdirdiyi bıçaqla arvadını qətlə yetirib. (“Qafqazinfo”)