Heç 12-ci İmam olan şəxs toyda sintezator çalar? - Video

Heç 12-ci İmam olan şəxs toyda sintezator çalar? - Video

25 Avqust 10:11
275
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun əvvəlində hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıda soyğunçuluğa məruz qaldığını, evindən 9 milyon manat pul, küllü miqdaqda qızıl-zinnət əşyaları aparıldığını deyən sahibkar Aqil Babayevin özü həbs edilib.

Oxuməni.az yenisabah.az-a istinadən xəbər verir ki, Aqil Babayev avqustun 4-də həbs edilsə də, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi avqustun 24-də onun həbsi ilə bağlı birgə məlumat yayıblar. Həmin məlumatda deyilir ki, Aqil Babayev özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib, onlarla insanı aldadıb. Onun haqqında Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Aqil Babayevin yaxınları bu məsələyə etirazlarını bildirirlər. Onlar Meydan TV-yə açıqlamasında bildiriblər ki, bu, Aqilin dostları tərəfindən qurulmuş tələdir. Onlar imam iddiasının saxta olduğunu deyirlər. Sahibkarın yaxınları etirazlarını bildirmək üçün müraciət etdikləri qurumların heç birinin işə baxmadığını deyirlər.

Sahibkarın yaxınları etirazlarını bildirmək üçün müraciət etdikləri qurumların heç birinin işə baxmadığını deyirlər.