Deputat sərxoş halda polisi döydü - DİN-dən açıqlama

Deputat sərxoş halda polisi döydü - DİN-dən açıqlama

29 İyul 2021 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməyi barədə məlumat yayılıb.

Oxuməni.az xəbər verir ki, Xaçmaz sakinləri Bakipost.az-a açıqlamalarında hadisənin dünən Nabranda baş verdiyini bildiriblər.

Sakinlər qeyd edib ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib.

Hazırda polis işə çıxmır. Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.

Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

Öz növbəsində DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə məlumat daxil olmayıb.