Azərbaycanlı ailəsini atıb erməni ilə evləndi

Azərbaycanlı ailəsini atıb erməni ilə evləndi

26 Aprel 2011 11:46
Bəyəndim (0) Bəyənmədim (0)
Qadın ərini güllə ilə yaraladı

Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda dünən səhər saatlarında ağır cinayət hadisəsi törədilib. Bölgə müxbirimiz Nihad Axundovun məlumatına görə, hadisə Laxta qəsəbəsinin Primorskiy şose ünvanında baş verib.

Belə ki, əslən Cəbrayıl rayonundan olan H.Qəmər qısqanclıq zəminində həyat yoldaşı H.Hüseyn işə gedərkən ona odlu silahdan atəş açıb. Nəticədə zərərçəkən ağır kəllə-beyin yarası ilə yaxınlıqdakı Laxta xəstəxanasına yerləşdirilib. Hal-hazırda xəstənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Cinayətə səbəb kimi H.Hüseynin üzün müddətdən bəri ailəsini ataraq iş yoldaşı, milliyyətcə erməni olan Anjella Ter-Avanesyanla bir yerdə yaşaması göstərilir.

Xəbərdə bildirilir ki, Hüseyn dəfələrlə həyat yoldaşının çağırışlarına məhəl qoymadan ailəsinin, 3 azyaşlı uşağının yanına qayıtmaqdan imtina etmişdi.

Qadının silahı haradan və ya kimdən əldə etməsi haqda hələlik məlumat yoxdur

Fakt üzrə cinayət işi açılıb, təhqiqat aparılır.

Torpaq uğrunda ölən varsa, vətəndir. Erməni qadını uğrunda yaralanan varsa...

İnarə Rafiqqızı

O.M.